• $
  • €
  • ₽
  • ₺
  • £

“Gənclik” metrostansiyasında iş rejimi dəyişdiriləcək

“Gənclik” metrostansiyasında iş rejimi dəyişdiriləcək
30.08.2023 09:57
Sabah "Bakı Metropoliteni" QSC-nin "Gənclik” stansiyasında "Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqasının pley-off mərhələsi oyunu ilə əlaqədar dəyişdirilmiş iş rejimi tətbiq olunacaq. Bu barədə səhmdar cəmiyyəti xəbər verir.

Məlumata görə, paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada matçın başlanması ərəfəsində iş rejimi gücləndiriləcək.

Görüşə çoxsaylı azarkeş marağını nəzərə alaraq, gücləndirilmiş iş qrafikində çalışacaq stansiyada sərnişinlərin arenaya rahat yollanması və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə növbətçilik cədvəli tərtib olunacaq və stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Sərnişinlərin oyun qurtardıqdan sonra da mənzil başına təhlükəsiz, rahat çatması üçün ehtiyat qatarlar nəzərdə tutulacaq, bununla qatarların hərəkəti intensivləşdiriləcək. Qatarların hərəkəti qrafiki isə gün ərzində yay iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyac yaranarsa, hazır vəziyyətdə olan ehtiyat qatarlar xəttə buraxılacaq.

Bakı metrosunun "28 May” və "Nərimanov” stansiyalarında da müvafiq nəzarət mexanizmləri tətbiq ediləcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol