Dünyada nə qədər itkin azərbaycanlı var?- AÇIQLAMA

30 avqust tarixi Beynəlxalq İtkinlər Günüdür. Bu tarix 2010-cu il dekabrın 21-də BMT-nin Baş Məclisi tərəfindən təsis edilib.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürüldüyü barədə məlumatlar var. razilərdə qalıblar. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş
Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və
materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda
Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə
yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı
məlum olmuşdur.
Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 226-sı uşaqlar, 364-ü qadınlar, 225-i qocalar olub.
İkinci Qarabağ müharibəsində Azərbaycanın 6 hərbçisi itkin düşüb.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























