Vəkil Zibeydə Sadıqova barədə Vəkillər Kollegiyasına şikayət daxil olub

Vəkil Zibeydə Sadıqova barədə Vəkillər Kollegiyasına şikayət daxil olub. Bu barədə vəkil facebook hesabında paylaşım edib.
Vəkil bildirib ki, ötən gün Vəkillər Kollegiyasından zəng edərək, onu hansısa şikayətlə bağlı rəyasət heyətinin cümə günü keçiriləcək iclasına çağırıblar.
"Vəkillər Kollegiyasından zəng edib məni 5-ci gün keçiriləcək Rəyasət Heyətinin iclasına çağırıblar. Səbəbini soruşanda isə barəmdə rəy verildiyini bildirdilər. Rəyi istəyəndə isə deyirlər ki, Kollegiyadan imza edib götürə bilərəm. İclasa 2 gün qalıb indi xəbər tuturam ki, barəmdə rəy var imiş, barəmdə intizam tədbiri görmək istəyirlərmiş. Nə baş verir? Bu nə deməkdir? Növbə məndədir? İnsan haqlarını müdafiə etmək cinayət deyil",- vəkil əlavə edib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bundan əvvəl keçirilən iclasında Elçin Sadıqov və başqa iki vəkilin vəkillik fəaliyyətinin dayandırılması, Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə məhkəməyə müraciət edilməsi qərara alınıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























