• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ qazisi ƏƏSMN qarşısında etiraz edib- VİDEO

Qarabağ qazisi ƏƏSMN qarşısında etiraz edib-  VİDEO
30.08.2023 16:34
Qarabağ qazisi Asim Muradov əlilliyinin təyin edilməməsinə görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qarşısında etiraz aksiyası edib.
 
O bildirir ki, İkinci Qarabağ müharibəsi zamanı iki dəfə yaralanıb və bədənindən hələ də qəlpələr var.
 
Bir müddətdir hərbiçi olan Asim Muradov yararsız olduğuna görə işdən azad olunub.
 
Qazi deyir ki, müxtəlif xəstəxanlarda yatsa da, ona əlillik dərəcəsi verilmir.
 
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirlinin  mətbuat xidmətindən bildirildi ki, Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı Muradov Asim Tağı oğlunun sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyinatı aparılmayıb.
 
"Masallı rayon sakini, 18.11.1990-cı il təvəllüdlü Muradov Asim Tağı oğluna müharibə veteranı olduğu üçün  01.01.2022-ci il tarixdən Prezidentin aylıq təqaüdü (80 manat) təyin olunaraq ödənilir. 2021-ci ildə onun ailəsi üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilməklə maldarlıq üzrə kiçik təsərrüfatı yaradılıb. Müharibə ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün daxil edilmiş göndərişlər (forma 88) əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində bu ilin mart və avqust aylarında onun əyani müayinələri aparılıb Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinələri zamanı Muradov Asim Tağı oğlunun sağlamlığında əlillik əlaməti olmadığı müəyyən edilərək əlillik təyinatı aparılmayıb", - xidmətdən bildirilib. 
 
Eltac Nurullazadə


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol