• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci il özünü unla təminetmə səviyyəsi nə qədər olub? - Rəqəmlər

2022-ci il özünü unla təminetmə səviyyəsi nə qədər olub? - Rəqəmlər
30.08.2023 14:33
2022-ci il Azərbaycanda bütün un növləri üzrə özünütəminetmə səviyyəsi 2021-ci ildəki 95 faizlə müqayisədə 93,3 faiz təşkil edib. Bu barədə İnterfaks yazıb. 
 
Bildirilib ki, ötən il adambaşına buğda istehlakı 3,2 kq (2021-ci ildə - 6,7 kq), un - 47,5 kq (2021-ci ildə - 60,1 kq) olub.
 
2023-cü il keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilib.
 
2023-cü il Azərbaycanda ərzaqlıq buğda üçün 180 milyon manat vəsait ayrılıb. Taxıl fondunun artırılması üçün 87,1 milyon manat ayrılması nəzərdə tutulub. 
 

Azərbaycanda taxıl əsasən Şəki, Beyləqan, Ağcabədi, Ağstafa və Tovus bölgəsində yetişdirilir. 2023-vü ildə artıq Qarabağın Ermənistan işğalından azad edilən ərazilərində də ildə 100 ton buğda əldə ediləcəyi gözlənilir. 
 
Azərbaycanın taxıla olan illik tələbatı 3,5 milyon ton təşkil edir. Bunun 1,4 milyon tonu idxal olunur. Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Hazırda Rusiya taxılının bazarda orta qiyməti 1 ton üçün $365, Qazaxıstan taxılının qiyməti isə $370-dır.


Dövlət Gömrük Komitəsinin cari ilin altı ay hesabatına görə  Azərbaycan 493 min 210 ton buğda idxal edib. Bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.

Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb.

Respublikanın 42 rayonunda biçin davam edir. Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib.
 
Gülnar 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol