• $
  • €
  • ₽
  • ₺
  • £

Hacıyev Laçın yolunun hansı halda açılacağını açıqlayıb

Hacıyev Laçın yolunun hansı halda açılacağını açıqlayıb
30.08.2023 14:49
Ağdam-Xankəndi yolu açılandan sonra Laçın-Xankəndi yolu da açıla bilər. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 
 
"24 saatdan sonra (Ağdam-İF marşrutu açılandan sonra) Laçın yolu da açılacaq. Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - İnterfaks Hacıyevə istinadan yazıb.  

Onun sözlərinə görə, Azərbaycan ölkənin Qarabağ bölgəsini təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edir.
 
Azərbaycan avqustun 29-da Ağdam yolu vasitəsilə Qarabağda yaşayan ermənilərə humanitar yardım göndərib. Hələlik qarşı tərəf yardımı qəbul etməkdən imtina edir. Bununla yanaşı, avqustun 30-da Fransa Qarabağda yaşayan ermənilərə 10 yük maşını yardım göndərmək qərarı alıb. 
 
Bundan əvvəl, Ermənistan Azərbaycanın icazə olmadan Laçın yolu vasitəsilə Xankəndində yaşayan ermənilərə 400 tonluq "humanitar yardım"ın aparılmasına cəhd edib. Azərbaycan tərəfi bildirib ki, Ermənistanla Ağdam yolunun istifadəsinə dair razılıq əldə olunub. Ermənistan istənilər yardımı Ağdam yolundan istifadə etməklə çatdıra bilər. 
 
Gülnar 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol