İbadoğlunun qardaşı Ombusdmana və Ədliyyə Nazirliyinə müraciət edib

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun qardaşı Qalib Toğrul qardaşının müayinə və analiz nəticələrinin onlara təqdim olunması üçün Ombudsman Səbinə Əliyevaya, Penitensiar Xidmətin rəhbərliyinə və Ədliyyə Nazirinə yenidən müraciət edib.
Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq ya qardaşım Qubad İbadoğlunun müayinə və analiz nəticələrinin bizə təqdim olunmasını təmin edin, ya da imkan yaradın öz hesabımıza qardaşımı həkim müayinəsindən keçirək. Yaxın günlərdə London həkimlərinin Qubad İbadoğluna yazdığı müalicə kursu başa çatır.
Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib