Kiberhücumlar haradan gəlir? - MÜSAHİBƏ

Müasir dövrün əsas təhlükələrindən biri də məhz kiber hücumdur. Kiber məkanda təhlükə yeni bir hadisə deyildir. Müasir kiber məkan milli təhlükəsizlik baxımından müdafiə sisteminin yaradılması zərurətini doğurur. Çünki bir çox vacib sahələrin idarə olunması və istifadəsində kompyuter, internet texnologiyasından geniş istifadə olunur və bu, hər an həmin sistemlərin kiber hücumlar nəticəsində sıradan çıxmasına gətirib çıxara bilir. Xakerlər vacib dövlət sistemlərini, eyni zamanda, hərbi sistemləri də iflic etmək iqtidarındadırlar. Müasir mədəniyyətdə xakerlər bir növ qəhrəmanlar kimi qələmə verilirlər. Onlar yeni nəsil cihazlara sahibdirlər və sistemə qarşı mübarizə aparırlar.
2019-cü ildə Adobe Systems şirkətinə edilmiş kiber hücum ən məşhurlardan sayılır. Həmin hücum zamanı 150 milyon insanın personal məlumatları və 3 milyon kredit kartının şifrələri oğurlanmışdır.
2021-ci ilin iyun ayında ABŞ-ın şəxsi menecment ofisinə Çin xakerləri tərəfindən kiber hücum təşkil olunmuşdu. Nəticədə 20 milyona yaxın şəxslərin məlumatları və sosial sığortalarının nömrələri oğurlandı.
2022-ci ilin fevral ayında Anthem tibbi sığorta şirkətinə edilmiş kiber hücum nəticəsində 88 milyon müştərinin məlumatları oğurlandı. Ehtimal olunurdu ki, həmin hücum Çin xakerləri tərəfindən edilib. Oğurlanmış məlumatların içində hətta müştərilərin sosial sığorta nömrələri də var idi.
Bütün dünyada olduğu kimi Azərbaycandada kifayət qədər insan müxtəlif vaxtlarda kiberhücumlara məruz qalır.
Mövzu ilə bağlı İT üzrə mühəndis-ekspert, tədqiqatçı Bəhruz Əliyev suallarımızı cavablandırıb.
Bu gün internetdə ən qorxulu təhlükəsizlik problem nədir?
Ən çox kiberhücumlar haradan gəlir?
"Kiberhücumların mənbələri çox müxtəlifdir. Bu hücumun növündən, məqsədindən və hücum olunan təşkilatın tipindən asılı olaraq dəyişə bilər. Ona görə də kiberhücumları geniş diapazonda dəyərləndirmək lazımdır. Əsas kiber hücumlardan biri "kriminal qrup”lardır. Bu quruplar çoxsaylı məqsədlərlə, ən çoxda pul qazanmaq üçün müxtəlif zərərli proqramlardan istifadə edə, bank məlumatlarını oğurlaya bilərlər. İkincisi isə dövlət və təşkilatlar arasında qarşılıqlı hücumlar hər zaman ola bilər. Dövlətlər həm siyasi, həm də rəqabət məqsədi ilə biri-birilərinin məlumatlarını oğurlamaq, əzələ nümayiş etdirmək üçün belə bir vasitədən istifadə edirlər. Eyni zamanda bu hücumların məqsədi cəsusluq və intellektual mülkiyyətin oğurlanması kimi müxtəlif məqsədlərə xidmət edə bilər. Digər qrup isə müəssisənin iş yerində olan hər-hansı bir işçisinə hücum edərək, onun kompüteri üzərindən digər mənbələrədə olan məlumatları əldə edə bilər. Başqa bir qrup isə kiminsə özəl məlumatını oğurlamaq üçün kiberhücumlar təşkil edə bilərlər. Bu cür quruplar adətən individual xarakter daşıyır və bizim şəxsi kompüterimiz, yaxud telefonumuz belə hücumlara məruz qala bilər".
Kiberhücumların aşkarlanması nə qədər vaxt aparır?
"Kiber hücumların aşkarlanma vaxtı çox müxtəlif ola bilər. Bu hücumun növündən, məqsədindən, təşkilatın təhlükəsizlik qabiliyyətindən asılı olaraq dəyişə bilər. Hücumun tipi aşkarlanma müddətini də təyin edə bilər. Zərərli proqramların təhlükəsizlik tədbirləri tərəfindən daha tez aşkar edilmə ehtimalı yüksəkdir. Amma hücum edənlər daha kompleks hücumlar təşkil ediblərsə, onun aşkarlanma vaxtı daha gec baş verə bilər. İkinci olaraq həmişə təhlükəsizlik tədbirləri və davamlı monitorinqlər keçirmək lazımdır. Belə olduğu halda, hücumların daha tez aşkar edilməsi təmin edilə bilər. Bunun üçün adətən hücumların sürətli aşkarlanması üçün, adətən avtomatlaşdırılmış monitorinq sistemləri tətbiq edilir. Başqa bir məsələ isə təcrübədir. Təşkilatın daha əvvəldən yaşadığı kiberhücumlar, təhlükəsizlik problemləri və bu sahədə qazandığı təcrübə hücumların aşkarlanma vaxtını bir qədər qısalda bilər. Təşkilatın təhlükəsizlik qabiliyyəti nə qədər yüksəkdirsə, hücumların aşkarlanma vaxtı da bir o qədər tez təyin olunur. Hücumların mürəkkəbliyi hücumların aşkarlamma vaxtına ciddi təsir göstərir".
Kibertəhlükəsizliyin qarşısının alınması üçün ən yaxşı üsullar hansılardır?
Bunun üçün müxtəlif üsullar var. Bunlardan biri işçilərə kibertəhlükəsizlik haqqında təlimatların verilməsidir. Onları sosial mühitdə fərqli təhlükələr haqqında məlumatlandırmaq lazımdır, eyni zamanda təhlükəsiz şifrələmə və şifrə təhlükəsizliyi prinsiplərinə riayət etmək üçün təşviq etmək əhəmiyyətlidir. İkinci məqam isə köhnəlmiş təhlükəsizlik tədbirlərini yeniləməkdən ibarətdir. Bunun üçün bütün köhnə sistemləri və proqramları yeniləmək lazımdır. Üçüncü məqam isə güclü şifrələmə və istifadəçi təstiqi qaydalarıdır. Yəni, güclü şifrələmə prinsiplərini tətbiq etmək lazımdır və ikifaktorlu kimlik təstiqi edən sistemlərdən istifadə etmək mütləqdir. Növbəti üsul isə antivirus və zərərli proqram təhlükəsizliyi ilə bağlıdır. Təhlükəsizlik və antivirus proqramları quraşdırmaq potensial zərərli proqramları aşkarlamağa və onlardan xilas olmağa xidmət edir. Digər üsul isə faylları arxivləmək və onları müəyyən təhlükəsiz yerdə saxlamaqdır. Ona görə də ən əhəmiyyətli məlumatların arxivini mütləq olaraq sərtdisk(harddisk)-lərdə, bulud(cloud)-larda və ya digər yardımçı yaddaş sahələrində saxlamaq lazımdır. Bu halda bizim məlumatlarımıza hər-hansı bir ziyan gələrsə, biz bu məlumatları əldə etmək üçün yüksək məbləğ ödəmək yerinə, özümüzdə hazır saxladığımız arxivlərdən istifadə edərək, bütün məlumatlarımızı geri qaytarmaq imkanımız var".
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























