• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalist və ictimai platformada tanınanların tələbə övladları - FOTOLAR

Jurnalist və ictimai platformada tanınanların tələbə övladları - FOTOLAR
31.08.2023 13:10
Dövlət İmtahan Mərkəzi (DİM)  bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlayıb.
 
Azərbaycan universitetlərinə bu il qəbul olanlar arasında jurnalist və ictimai platformada tanınan şəxslərin övladları və yaxınları da tələbə adının qazanıb. 
 
Tələbə adını qazanan şəxsləri sizə təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyevin qızı Gülnur Niftəliyev tələbə adı qazanıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.

 
DOST Rəqəmsal İnnovasiyalar Mərkəznin şöbə müdiri Xanım Yadigarlının qardaşı Camal Yadigarlı Azərbaycan Texniki Universitetinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə qəbul olub.

 

 
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) əməkdaşı Mahir Qəribovun qızı Lalə tələbə adını qazananlar sırasındadır. Belə ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının (DİA) Politologiya ixtisasında oxuyacaq.
 

 Tələbə adını qazananlardan biri Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz Məmmədlidir. O, Türkiyənin Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinə qəbul olub.


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovun oğlu  tələbələr sırasına qoşulub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment fakultəsində təhsil alacaq.
 

 "Olaylar" qəzetinin müxbiri Süleyman İsmayılbəylinin övladı Məhəmməd Türkiyədə ali təhsil alacaq. O, Hacəttəpə Universitetinin Tibb fakültəsinə qəbul olub.
 


 
"Azadmedia.az" saytının əməkdaşı Elnurə Abuşovanın qızı Bakı Dövlət Universitetini (BDU) Muzeyşünaslıq ixtisasına dövlət sifarişi ilə daxil olub.
 


"Vergilər" qəzetinin müxbiri Fərqanə Allahverdiyevanın qızı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq ixtisasına qəbul alıb.
 

Tələbə adı qazananlar arasında  Modern.az saytının rəhbəri Elşad Eyvazlının oğlu Tuncay Eyvazlı da var. O, Macarıstanda ali təhsil alacaq.
 


İctimai Tv-nin  redaktoru Şəbnəm Xeyrulla isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rejissorluq ixtisasında təhsil alacaq.
 

 
Tarixçi Zaur Əliyevin oğlu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.

  
Medianın İnkişafı Agentliyinin (MEDİA) əməkdaşı Pərvanə İbrahimovanın oğlu Ərhan İbrahimli Türkiyənin Yıldırım Bəyazit Universitetinə qəbul olub. 

 
Jurnalist Samir Əlinin oğlu Seymur Güləliyev Kooperasiya Universitetini qazanıb. 

 
Jurnalist Vəfa Aslanın oğlu isə Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub. 
 


Bu il qəbul imtahanında qeydiyyatdan keçmiş abituriyentlərin ümumi sayı sayı 79758 nəfər təşkil edib. Onlardan 72111-i Azərbaycan bölməsinin, 7647-si rus bölməsinin abituriyentləridir.
 
Anews.az adından tələbə adını qazanan hər kəsi təbrik edirik!

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol