Avropa Məhkəməsi Azərbaycanı 65 min avrodan çox cərimələyib

Avqustun 31-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətini 65 min avro məbləğində cərimələyib. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) məlumat yayıb.
Bildirilir ki, 8 ərizə üzrə 3 qərar və qərardad elan edilib.
Avropa Məhkəməsi 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu müəyyən edərək, ərizəçilərin şikayətinin əsaslı olduğunu müəyyən edib.
AİHM hökumətlə ərizəçilər arasında razılığın əldə olunmasının mümkünlüyündən danışıb. Əgər tərəflər 3 ay ərzində razılığa gəlsələr, AİHM-ə məlumat verməlidirlər. Daha sonra yekun qərar elan olunacaq.
2023-cü ilin altı ayında Avropa Məhkəməsi Azərbaycanla bağlı 180 ərizə üzrə 60 qərar və qərardad qəbul edib. Bu barədə saytın rəsmi səhifəsində məlumat yerləşdirilib.
2022-ci ilin eyni dövründə Avropa Məhkəməsi 170 müraciət üzrə 55 qərar və qərardad qəbul edib.
Cari ilin yanvar-iyununda Azərbaycandan göndərilmiş 14 ərizəni qəbuledilməz sayan 8 qərardad elan edib.
Ötən 6 ayda 40 ərizəyə baxılması hökumətin təktərəfli bəyannaməsinə əsasən başa çatıb.
2023-cü ilin birinci yarısında AİHM Azərbaycanla bağlı qəbul etdiyi bütün qərar və qərardadlar üzrə ümumilikdə 551 min avrodan artıq ədalətli əvəz müəyyən edilib. Mahiyyəti üzrə çıxarlmış qərar ərizəçilərə 187 min avrodan artıq ədalətli əvəz ödənilməsini nəzərdə tutur. Bu göstərici dostca anlaşmalara əsaslanan qərardadlarda 251 min avrodan artıq, hökumətin təktərəfli bəyannamələri üzrə çıxarlan qərardadlarda isə 112 min avrodan artıq məbləğ təşkil edib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib