Bakıda yaşayış binasında yanğın oldu - Sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Fövəladə Hallar Nazirliyi məlumat yayıb.
Bakı şəhərinin Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























