Azərbaycan Türkiyənin zəlzələdən zərərçəkən bölgəsinə məktəbli dəsti göndərib

Azərbaycan Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə humanitar yardım olaraq 3000 məktəbli dəsti göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Bildirilib ki, "Biz birlikdə güclüyük” devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub.
ADDF cari ilin apreində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlar da olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























