• $
  • €
  • ₽
  • ₺
  • £

Bazarstore saytını yenilədi

Bazarstore saytını yenilədi
01.09.2023 13:57
Hər zaman müştərilərinin rahatlığını düşünən Bazarstore daha bir yeniliyə imza atıb.
 
Minlərlə çeşiddə məhsulun olduğu sayt bir çox üstünlükləri ilə müştərilərin ürəyincə olacaq.
 
Belə ki, saytda qeydiyyatdan keçməklə marketlərimizdə olan bütün kampaniya və endirimlərdən yararlana bilərsiniz. Burada həmçinin yalnız sayta özəl xüsusi fürsətlər də var.

Qeyd edək ki, Bazarstore mağazalarında bonus toplayıb xərclədiyiniz "Super Kart” saytda da keçərlidir.
 
Yeniliklərdən biri də odur ki, siz təyinat nöqtənizi seçə və sizə ən yaxın mağazadan çatdırılmanı təmin edə bilərsiniz. Və ən əsası siz irəli tarix üçün sifarişlərinizi planlaya bilərsiniz. Sifarişiniz məhz irəli tarixdə seçdiyiniz gün və saatda ünvanınıza çatdırılacaq.

Məlumat bölməsindən "Sifariş İzləmə”ni seçərək onlayn sifariş zamanı bağlamanızın harada olduğunu izləmək imkanınız olacaq. Endirim və yeniliklərdən dərhal xəbərdar olmaq üçün E- poçt, whatsapp və veb bildiriş sisteminə daxil olmağınız yetərlidir. Rahatlıqla hər hansı sualınızı vermək, təklif və ya iradlarınızı bildirmək istəsəniz Onlayn Chat köməyinizə çatacaqdır. Qeyd edək ki, dil seçimi edərək dörd fərqli dildə saytımızdan istifadə edə bilərsiniz. Burada həmçinin mağazalar bölməsinə daxil olaraq ünvanlarla tanış ola, "Karyera” bölməsini seçərək "İşə Müraciət Anketi” yarada bilərsiniz. Eyni zamanda bloq yazılarımızı oxuya, müxtəlif mövzular haqqında ipucları əldə edə və ya yemək reseptləri ilə tanış ola bilərsiniz.

Sizə ən yaxın Bazarstore barmağınızın ucunda - https://bazarstore.az/

Qeyd edək ki, 2011-ci ildə "Azərsun Holdinq”in tərkibində yaradılan "Bazarstore” davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 88 mağazası və 4000-ə yaxın çalışanı ilə xidmət göstərir.

"Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.

Bazarstore. PR və Marketinq Departamenti, *1900, www.bazarstore.az, +99412 404 19 70-75 (dax: 4009)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol