Azərbaycanda dövlət və özəl qurumlar arasında kibermüharibə yarışı olacaq

Cari ilin oktyabrın 26-27-də Bakıda keçiriləcək "Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində kibermüharibə yarışı təşkil ediləcək.
Bu barədə "Report”a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi Tural Məmmədov Bakıda keçirilən "Kaspersky"nin kiber bilik günü"nə ("Kaspersky Cyber Knowledge Day) həsr olunmuş tədbir çərçivəsində deyib.
"Bu yarışda kritik infrastruktura sadiq dövlət qurumları, banklar, mobil operatorlar, maliyyə sektoru, internet provayderlərin komandaları iştirak edəcək. Virtual kiber hücum həyata keçiriləcək və komandalara verilmiş virtual sistemlər vasitəsi ilə infrastrukturu necə qoruyacaqları yoxlanılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























