• $
  • €
  • ₽
  • ₺
  • £

Prokurorluğa işə qəbulla bağlı namizədlərə müraciət olunub

Prokurorluğa işə qəbulla bağlı namizədlərə müraciət olunub
01.09.2023 19:13

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbul olunmaq arzusunda olan ali hüquq təhsilli şəxslər üçün 11.04.2023-cü il tarixdə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu hazırda davam etdirilir.

Prolurorluqdan verilən xəbərə görə, müsabiqə ilə bağlı ətraflı məlumatı və tələb olunan sənədlərin siyahısını (https://genprosecutor.gov.az/az/page/prokurorluq/ise-qebul/vakansiya-elani) linkinə daxil olaraq əldə etmək olar.

Müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

-Azərbaycan Respublikasının Konstitusiyası;

- "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya;

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

-"Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu;
-"Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu;

-"Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
-"Polis haqqında” Azərbaycan Respublikasının Qanunu;

-"Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu;

-"Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu;

-"Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol