• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini RİNN müəyyən edəcək

Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması tariflərini RİNN müəyyən edəcək
02.09.2023 15:38
Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tariflərin dövlət tənzimlənməsini həyata keçirməsi hüququ ləğv edilib.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” 2015-ci il 21 oktyabr tarixli fərmanında dəyişiklikdə əks olunub.

Bundan sonra Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası bu sahədə xidmətlərinin göstərilməsini tənzimləyəcək.

Koordinasiya Şurasının dəmir yolu ilə tranzit yüklərin daşınması, eləcə də dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər və nəqliyyat-ekspedisiya xidmətləri üzrə tarifləri müəyyən etmək hüququ ləğv edilib.

Dəyişikliyə əsasən, həmçinin nəqliyyat-ekspedisiya xidmətlərinin sərhədləri müəyyənləşdirilib. Belə ki, bu xidmətlər dedikdə dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması xidmətləri, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər nəzərdə tutulacaq.

Koordinasiya Şurasının ləğv olunmuş səlahiyyətləri, yəni Azərbaycanda dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin, həmin xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətlərinin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bununla bağlı Prezident İlham Əliyevin "Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”na dəyişikliklər edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tarifləri İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəylərini nəzərə alaraq altı ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməlidir. Yeni tariflər təsdiq edilənədək mövcud tariflər öz hüquqi qüvvəsini saxlayacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol