• $
  • €
  • ₽
  • ₺
  • £

"TEXNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır

"TEXNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır
02.09.2023 17:52
Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur.

Bu barədə "Report"un Ankara bürosuna "TEXNOFEST” festivalında "Furqanoğlu Dəmir Yumruq" stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.

Onun sözlərinə görə, Azərbaycandan "TEXNOFEST”ə böyük maraq var: "Bu il festivala 1 milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib. Robort it quraşdıranlar da var. Azərbaycanda həqiqətən yüksək səviyyəli proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.

Melih Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə əməkdaşlığa başlayıblar: "TEXNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq doğurdu və əməkdaşlığa başladıq”.
Ekspert onu da əlavə edib ki, hazırda "TEXNOFEST"in Azərbaycanda daimi keçirilməsi üçün layihələr üzərində çalışırlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol