Tural Abbaslının partiyası reysterdən keçib

Ədliyyə Nazirliyi AĞ Partiyanın təqdim etdiyi üzvlük siyahısını təsdiq edib. Bu barədə partiya sədri Tural Abbaslı məlumat verib.
""Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən düzəlişlər edərək Ədliyyə Nazirliyinə təqdim etdiyimiz məktuba bu gün səhər Ədliyyə Nazirliyindən rəsmi cavab məktubu göndərilib. Məktubda qeyd edilir ki, AĞ Partiyanın üzvlərinin reysterinin qanuna uyğunluğu yoxlanılmış və bu proses yekunlaşaraq partiyamız qeydə alınmışdır. Bu münasibətlə bütün AĞ Partiyaçıları təbrik edirəm və bundan da böyük naliyyətlər arzu edirəm! Vətənimiz, xalqımız üçün xeyirli uğurlu olsun!", - partiya sədri öz sosial hesabında bildirib.
Bundan əvvəl, Abbaslı Ədliyyə Nazirliyinin partiyanın sənədlərində çatışmazlıq olduğu üçün təsdiqləmədiyini açıqlamışdı.
İyulun 20-də Azərbaycan Xalq Cəbhəsi Partiyası, iyulun 19-da Müsavat Partiyası, iyulun 17-də REAL Partiyası qeydiyyatla bağlı Ədliyyə Nazirliyindən nöqsanlar göstərilməklə mənfi cavab alıblar.
Partiyalar haqqındaki yeni qanuna əsasən 2023-cü ilin mart-iyulunda 31 partiya öz fəaliyyətinə xitam verib. 26 partiya isə reysterə daxil edilib.
Prezident İlham Əliyev 2023-cü ilin yanvarın 11-də "Siyasi Partiyalar haqqında" qanunu təsdiqləyib.
2022-ci il dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ümumilikdə 100 dəyişilklik edilməklə III oxunuşda qəbul olunub.
Layihə 6 fəsil, 30 maddədən ibarətdir.
Layihə Venesiya Komissiyasının 233 tövsiyəsindən seçki prosesi ilə bağlı olmayan və sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid 132 tövsiyəsindən 112-si nəzərə alınıb.
"Siyasi partiyalar haqqında" layihə ən son 1992-ci ildə qəbul olunmuşdu.

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib