Azad olunmuş ərazilərin 95 min hektardan çoxu minadan təmizlənib

İşğaldan azad olunmuş ərazilərdə bu günə qədər 95 min hektardan çox ərazi minadan təmizlənib. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
"30 minə yaxın piayada əleyhinə, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 305 nəfər isə mina qurbanı var. Onlardan 57-i nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb",- Sədr bildirib.
Vətən Müharibəsindən sonra 300-ə qədər insan mina qurbanı olub. Bunu xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Lahbiblə birgə keçirdiyi mətbuat konfransında deyib.
Son 30 ildə Azərbaycanda təxminən 3 350 nəfər minaya düşüb.
2020-ci ilin noyabrından Azərbaycan ərazisindən 81 min 386 hektar ərazi minalardan təmizlənib.
2023-cü ilin dörd ayında işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfindən 3 878 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
Bu ilin martın 17-də baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatında çıxışında bildirib ki, hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib