Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub

Həbsdə olan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, iqtisadçı Qubad İbadoğlunun qohumlarının ölkədən çıxışına qadağa qoyulub. Bu barədə Turan-a onun qardaşı Qalib Toğrul məlumat verib.
O bildirib ki, qadağa qardaşı deputat Vüqar Bayramovdan başqa bütün qohumların aid edilib. Eyni zamanda "Bayramov” soyadını daşımayan qohumlara da qadağa tətbiq edilib.
"Qadağa Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Bu, qanunsuzdur, çünki qadağa yalnız adı cinayət işində təqsirləndirilən şəxslərə şamil oluna bilər", - Qalib Toğrul deyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən müsasibət almaq mümkün olmadı.
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























