• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda yeni qanun - Hamı uzaqdan işləyə bilər

Ermənistanda yeni qanun - Hamı uzaqdan işləyə bilər
05.09.2023 16:07
Ermənistan Milli Məclisi həm dövlət, həm özəl sektorda uzaqdan işləmək haqqında qanun layihəsinə müsbət rəy verib. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
"Ermənistanda məsafədən işləmək qanunvericilik səviyyəsində tənzimlənməlidir”, - Respublikanın əmək və sosial məsələlər nazirinin müavini Ruben Sarkisyan Əmək Məcəlləsinə dəyişikliklər haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. 
 
Onun sözlərinə görə, hazırda qanunda distant işi tənzimləyən qayda var, lakin bu, yalnız böhran vəziyyətləri dövrünə aiddir. 
 
ABŞ əmək bazarında aparılan araşdırmalar göstərdi ki, 2023-cü ilin fevral ayında işçilərin təxminən 20%-i artıq ofislərdən işləyirdi. Eyni zamanda, qalanları - təxminən 80%, ya tamamilə uzaqdan, ya da hibrid şəkildə işləyirlər. Eyni tendensiya Avropada da müşahidə olunur. 
 
Layihədə məsafədən işin işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. 
 
İşçi əmək öhdəliklərini yerinə yetirdiyi müddətdə onların lazımi qaydada yerinə yetirilməsini, habelə qarşılıqlı razılaşdırılmış qaydada işəgötürənin yanında olmasını təmin etməyi öhdəsinə götürür.  
 
İşçi tərəfindən yuxarıda göstərilən tələblərə əməl edilməməsi əmək intizamının pozulması kimi qiymətləndiriləcək.
 
Məsələ ilə bağlı Əmək və sosial siyasət komitəsinin deputatı Vüqar Bayramov bildirir ki, pandemiyadan  sonra Azərbaycanda həm online, həm də uzaq məsafədən işləmək hüququ işçilərə teklif olunub.
 
"Xüsusən də, özəl sektorda online işləmək hüquqdan istifadə etmək onların öz səlahiyyətində olan bir məsələdir. Eyni zamanda bir sıra dövlət sektorlarinda da məhz vəzifədən asılı olaraq, online işləmək mümkündür. Monitorinqlər göstərir ki, belə bir iş rejimləri də var. Pandemiyadan sonrakı dövrdə də bu tətbiq edilib. Bunun qanunvericilik bazasında möhkəmləndirilməsi məqsədəuyğun olardı. Bu artıq əksər ölkələrdə xüsusən də, inkişaf etmiş ölkələrdə online rejim işçini işə götürəni hansı sektorda çalışmasından asılı olmayaraq, işçiyə təklif etmək səlahiyyətindədir. Oxşar hallar Avropa İttifaqı ölkələrində də var. Düşünürəm ki, Azərbaycanda da, oxşar praktikanın qanunvericiliyə gətirilməsi məqsədəuyğun olardı. Avropada olduğu kimi Azərbaycanda da, həm dövlət həm də özəl sektorda iş rejiminin seçilməsi işə götürənin səlahiyyətində olması daha məqsədəuyğun olar'',- deputat əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol