• $
  • €
  • ₽
  • ₺
  • £

ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir

ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir
05.09.2023 18:19
ƏN TEZ xidmətinin tətbiqi dairəsi genişləndirilir.

Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən məlumat verilib.
 
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının asanlaşdırılması, bu məqsədlə rəqəmsal innovasiyaların tətbiqi Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılaraq əhaliyə müxtəlif elektron və mobil ədliyyə xidmətləri göstərilir.

Eyni zamanda 3 saylı Bakı DOST mərkəzində və Heydər Əliyev Beynəlxalq Aeroportunda nazirliyin istifadəyə verilmiş növbəti innovativ – "ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) xidməti vətəndaşlara, o cümlədən səyahət etmək istəyənlərə yerindəcə müraciət etməklə məsafədən zəruri ədliyyə xidmətlərinin göstərilməsi imkanı yaradılıb.

Böyük vətəndaş məmnunluğu doğuran bu innovativ xidmətə artan ictimai maraq nəzərə alınaraq nazirlik tərəfindən "ƏN TEZ”-in tətbiqinin genişləndirilməsi davam etdirilir və artıq bu gündən həmin xidmət platforması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı Bakı DOST mərkəzində istifadəyə verilib.

Bu innovasiya vasitəsilə vətəndaşlar heç bir qeydiyyat və elektron imza tələb olunmadan, tək şəxsiyyət vəsiqəsi ilə biometrik eyniləşdirmə aparılmaqla Ədliyyə Nazirliyinə müraciət edərək notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, tələbkar qismində bəzi məhkəmə qərarlarının icrası və digər xidmətlərdən yararlana bilərlər.

Nazirlik tərəfindən "ƏN TEZ” xidmətinin paytaxtla yanaşı, respublikamızın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, habelə ASAN xidmət mərkəzlərində və insanların daha çox müraciət etdikləri digər xidmət məkanlarında da istifadəyə verilməsi nəzərdə tutulur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol