İƏT işğaldan azad olunmuş Azərbaycan ərazilərində əldə etdikləri faktlara dair hesabat hazırlayacaq

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan bildirilib ki, Samir Poladov işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, həmin problemin insan həyatına qarşı törətdiyi ciddi təhdid, ərazilərin bərpa və yenidənqurulması işlərinə yaratdığı maneələr, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyət barədə qarşı tərəfə məlumat verib.
Həmçinin işğaldan azad olunmuş Azərbaycan ərazilərində əldə etdikləri faktlara dair müvafiq hesabat hazırlayaraq, beynəlxalq ictimaiyyətə təqdim edilməsi niyyətində olduqlarını vurğulayıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























