• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA

Bu il Bakı metrosu nə qədər sərnişin daşıyıb?- STATİSTİKA
06.09.2023 12:05
2023-cü ilin  avqustunda metro 138 milyon 447 min 320 sərnişin daşıyıb. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 7,9 % az, 2022-ci ilin həmin dövrünə nisbətən isə 7,85 % çoxdur. Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
 
Bildirilir ki, bu ilin avqustunda Bakı metropolitenindən 14 milyon 292 min 400 nəfər sərnişin istifadə edib.
 
Məlumata görə, ötən ay gün ərzində orta hesabla 461 min 45 nəfər sərnişinə xidmət göstərilib.
 
Ən çox sərnişin avqustun 31-də (535 min 233), ən az isə ayın 13-də (297 min 668) daşınıb.

Koronavirus (COVID-19) pandemiyası elan edilənə qədər olan sonuncu ilin - 2019-cu ilin avqust ayı ilə müqayisədə 10,4 % az, həmçinin ötən - 2022-ci ilin eyni ayına nəzərən 1,3 % çox sərnişin metrodan istifadə edib.
 
2022-ci ildə Bakmetropolitenin sərnişindaşımadan əldə etdiyi gəlir 60 milyon 749,9 min manat (artım 2,3 dəfə) təşkil edib. Ötən il metro nəqliyyatı ilə 208 milyon 696,1 min nəfər (artım 2,3 dəfə) daşınıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda Bakı Metropoliteni üç xətt (yaşıl, qırmızı və bənövşəyi) və 26 istismar stansiyasından ibarətdir.
 


Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol