• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil proqramına daxil olan universitetlərin siyahısı 80% dəyişməyəcək

Xaricdə təhsil proqramına daxil olan universitetlərin siyahısı 80% dəyişməyəcək
06.09.2023 17:28
2024-2025-ci təhsil ilində "2022-2026-cı illər üzrə xaricdə təhsil  Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan universitetlərinin siyahısında 80% dəyişiklik olmayacaq. Bunu elm və təhsil naziri Emin Əmrullayev  Anews.az-ın bakalavr pilləsində təhsil almaq üçün  ABŞ və Kanada universitetlərinin sayı artırıla bilərmi sualına cavabında deyib. 

"Bu prosesdə Təhsil Nazirliyi ilə yanaşı İqtisadiyyat nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Neft Fondu da iştirak edir və təkliflər verir. Ehtimal edirəm ki, siyahıda 80% dəyişiklik olmayacaq. Bəzi dəyişikliklər ola bilər ki, bu da hələ dəqiq deyil",- nazir çərşənbə günü yeni tədris ili ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023-2024 cü ildə xaricdə təhsil proqramına 717 nəfər qəbul alıb.

2022-ci ildə bu rəqəm 336 olub.
 
Xaricdə təhsil dövlət proqramı 2022-2026-ci illəri əhatə edir. 2022-2023-cü tədris ilində Azərbaycan vətəndaşlarına bakalavr pilləsində təhsil almaq üçün demək olar ki, bütün ABŞ və Kanada universitetlərinin adı siyahıya salınmışdı. 2023-2024-cü tədris ilində isə bu universtetlərin adı siyahıdan çıxarılıb.  Təhsil naziri əvvəlki mətbuat konfransında bunu həmin universitetlərdə təhsil haqqının çox baha olması və bu səbəbdən ABŞ və Kanadaya ancaq magistr pilləsində qəbul olan tələbələrin sənədlərinə baxmaq qərarı verildiyini bildirmişdi. 
 
Hazırda Azərbaycan vətəndaşı olan gənclər ABŞ-ın ancaq üç uiversitetində bakalavr pilləsində təhsil ala bilərlər. Bura TExas universiteti( ətraf mühit mühəndisliyi ixtisası), Miçiqan universiteti (gəmiqayırma mühəndisliyi ixtisasi) və Ayova Dövlət universiteti (baytarlıq ixtisası) daxildir.  Adı çəkilən universitetlərdə digər ixtisaslar üzrə, o cümlədən ABŞ və Kanadanın digər universitetlərində bakalavr  səviyyəsində oxumaq şansı qazanmış gənclər dövlət proqramının imkanlarından bəhrələnə bilməyəcək. 
 
Universitetlərin tam siyahısına aşağıdakı linkdən baxa bilərsiz. 
 
https://dp.edu.az/uploads/fileuploads/2023/03/35501f904e354bd7b0d57d13097cebc3.pdf 
 
Gülnar Nazimqızı
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol