Nazim Bəydəmirli həbsdə aclıq aksiyasına başlayıb- VƏKİL

Sabiq deputat, iqtisadçı, iş adamı Nazim Bəydəmirli saxlandığı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb. Bu barədə Bəydəmirlinin vəkili Aqil Layıc Meydan TV-yə bildirib.
O, müvəkkilinin aclıq aksiyası keçirməsi barədə məlumat aldığını deyib.
"Bu gün məlumat aldım ki, Nazim Bəydəmirli aclıq aksiyası keçirir. Bu yolla ona qarşı irəli sürülmüş ittihamların əsassız və qondarma olmasına, həbsinə etiraz edir. Aclıq xəbərini özüylə dəqiqləşdirmək imkanım olmayıb. Sonuncu dəfə onunla keçən həftə görüşmüşəm. Müstəntiqin yanında – ona yeni ittiham elan olunanda demişdi ki, sentyabrın 4-də aclıq elan edəcəm”, – Aqil Layıc bildirib.
Vəkil əlavə edib ki, bu həftə istintaq təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcək və bütün məsələləri dəqiqləşdirəcək.
Penitensiar Xidmətdən isə bildirilib ki, Nazim Bəydəmirlidən aclıq etməsi barədə müraciət daxil olmayıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























