• $
  • €
  • ₽
  • ₺
  • £

DİM dövlət qulluğuna qəbulla bağlı imtahan nəticələrinə dəyişiklik edib

DİM dövlət qulluğuna qəbulla bağlı imtahan nəticələrinə dəyişiklik edib
07.09.2023 16:12
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin B növü üzrə avqustun 13-də keçirilən test imtahanı ilə bağlı namizədlərin Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri araşdırılıb və onların imtahan nəticələrinə təsir göstərə bilən hallar təkrar təhlil olunub.


DİM-dən verilən məlumata görə, aparılan araşdırmalar zamanı qanunvericilik proqramına (BA vəzifə qrupu üzrə) aid olan bir açıq tipli test tapşırığının tərtibatı ilə əlaqədar fikir ayrılığı yarandığı üçün ekspertlərin yekun rəyinə əsasən etalonda götürülmüş cavabların düzgün hesab olunması şərti ilə digər bir cavab variantının da düzgün cavab olaraq qəbul olunması məqsədəuyğun hesab edilib.


Beləliklə, BA vəzifə qrupu A variantı üzrə 55 saylı və B variantı üzrə eyni məzmunlu 49 saylı tapşırığın cavabını "1, 2, 4” qeyd edən namizədlər də həmin sualı düzgün cavablandırmış hesab ediliblər.


İmtahanda istifadə olunan digər test tapşırıqlarının məzmununda heç bir elmi-metodiki qüsur aşkar olunmayıb.


Namizədlər müvafiq dəyişikliklə DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol