Qaxda dolu və leysan fəsadlar törədib

Qax rayonuna dolu və leysan yağıb.
"Report"un məlumatına görə, axşam saatlarında rayon ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, şəhər ərazisinə bir neçə dəqiqə davam edən dolu düşüb.
Güclü külək nəticəsində şəhərin Heydər Əliyev prospektində ağaclar aşıb, şəhər ərazisindən keçən kanal daşıb.
Qeyri-sabit hava şəraiti nəticəsində rayon ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. Qax rayon Elektrik Şəbəkəsin bildirilib ki, şəhər ərazisində ağacların aşaraq naqilləri qırması nəticəsində qəzalar baş verib. Hazırda qəzaların aradan qaldırılması istiqamətində işlər aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























