• $
  • €
  • ₽
  • ₺
  • £

Laçın-Xankəndi yolundakı aksiyada iştirak edən gənc dövlətə xəyanətdə ittiham olunur

Laçın-Xankəndi yolundakı aksiyada iştirak edən gənc dövlətə xəyanətdə ittiham olunur
08.09.2023 09:51
Laçın-Xankəndi yolunda 2022-ci ilin dekabrından başlayan və 138 gün davam edən etiraz aksiyasında iştirak etmiş gənc könüllülərdən biri – 2003-cü il təvəllüdlü Fidan Əliyeva sonradan dövlətə xəyanət ittihamıyla həbs olunub. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.Bu barədə Meydan TV məlumat yayıb.

Bildirilib ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşına casusluqda ittiham olunan Fidan Əliyevanın işinə hakim Əli Məmmədovun sədrliyilə baxılır.
İttihama görə, Fidan Əliyeva Ermənistanın xüsusi xidmət orqanının əməkdaşıyla internet vasitəsiylə tanış olub, ona müxtəlif məlumatlar, foto və videolar göndərib.

Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Ermənistana casusluq ittihamıyla razılaşmadığını vurğulayan Fidan Əliyeva bildirib ki, həmin şəxslə "Telegram”da tanış olub. Tanış olarkən də həmin şəxsin erməni yox, Rusiya vətəndaşı olduğunu bilib. Onun sözlərinə görə, özünü elə təqdim etmişdi.

Fidan Əliyeva əlavə edib ki, tanış olmaqda məqsədi Azərbaycan haqda məlumat vermək yox, insan kimi ünsiyyət qurmaq olub.

Hakimlər kollegiyası Fidan Əliyevanın məhkəməsinin qapalı keçirilməsinə qərar verib.

Onun ittiham olunduğu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 12 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol