• $
  • €
  • ₽
  • ₺
  • £

Qızlar üçün STEAM düşərgəsi təşkil olunub

Qızlar üçün STEAM düşərgəsi təşkil olunub
08.09.2023 11:41
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi həssas qruplardan olan yeniyetmə qızlar üçün STEAM düşərgəsi təşkil edib.

Düşərgə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı və "Bakcell” şirkətinin dəstəyilə "SOS Uşaq Kəndləri – Azərbaycan” təşkilatının həyata keçirdiyi "Gənc qızların STEAM bacarıqlarının artırılması” layihəsi çərçivəsində keçirilib.  

1-5 sentyabr tarixlərində Göygöl rayonunda baş tutan tədbirin məqsədi həssas qruplardan olan yeniyetmə qızlarda STEAM sahəsinə maraq yaratmaq, STEAM resurslarını onlar üçün əlçatan etməklə bu sahədə təhsil və karyera imkanlarını təşviq etməkdən ibarət olub.  

Düşərgəyə Bakı və Gəncədə yerləşən SOS Uşaq Kəndlərininin himayəsində olan, Bakıdakı sığınacaqda məskunlaşan və Gəncə-Daşkəsən bölgəsindən olan 30 nəfər 15-18 yaşlı yeniyetmə qız qatılıb. 

5 günlük düşərgə müddətində gender bərabərliyi, gender əsaslı cins seçimi, qızların səlahiyyətləndirilməsi, liderlik təlimləri ilə yanaşı, yeniyetmə qızlara STEAM sahəsində peşə seçimi və STEAM mövzularında təlimlər keçilib. İştirakçılar mühəndislik, robot texnologiyaları, 3D modelləşdirmə master-klaslarına qatılıb. 

Düşərgənin sonunda müxtəlif qruplara bölünən yeniyetmələr üçün növbəti 6 ay ərzində "Gənc qızların STEAM bacarıqlarının artırılması” layihəsi çərçivəsində ixtisaslaşmış təlimlər keçiriləcək

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol