Tərtər işi üzrə 18 nəfər yenidən məsuliyyətə cəlb olunub

"Tərtər işi" nin araşdırması zamanı 4 cinayət üzrə 18 nəfər məsuliyyətə cəlb edilib. Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
"Hazırda yenidənistintaq qrupları yaradılıb və araşdırmalar davam edir. Əvvəllər bu proses üzrə cinayət məsuliyyətinə cəlb olunan 45 nfər barəsində araşdırmaların nəticəsi olaraq cinayət işinə bəraət verilib", - prokurorluq rəsmisi "instaqram” sosial şəbəkəsindəki səhifəsində canlı yayım zamanı çıxışında deyib.
Tərtər işu üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
2016-cı ilin aprel döyüşlərindən sonra bir qrup hərbçi dövlətə xəyanətdə ittiham olunub.
Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər nazirliklərinin birgə bəyanatında hərbçilərin Ermənistanın xeyrinə casusluq etdiyi bildirilir.
Lakin 2019-cu ildə 2017-ci ilin may-iyununda saxlanılan 100-dən çox əsgər və zabitin işgəncələrə məruz qaldığı məlum olub.
25 hərbçi uzun müddətə azadlıqdan məhrum edilib, daha 9 nəfər işgəncə nəticəsində həlak olub.
Daha sonra təqsirləndirilənlərdən bəziləri bəraət alıb, işgəncələrə görə məsuliyyət daşıyanlar həbs edilib. Qanunsuz məhkum olunmuşların bəraət alması prosesi davam edir. Ötən il oktyabrın 5-də məhkəmələr 16, dekabrın 6-da isə daha 19 nəfərə bəraət hökmü çıxarıb.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib