• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı

“Nar”dan təhsilə dəstək: Ən çox bal toplayan abituriyentlər mükafatlandırıldı
08.09.2023 13:17
"Nar” 2022-2023-cü tədris ilində ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək bal  toplayan ilk on abituriyenti dəyərli hədiyyələrlə mükafatlandırıb. Modern.az İnfromasiya Agentliyinin media dəstəyi ilə baş tutan layihə çərçivəsində hər bir tələbəyə "Nar”-dan qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar hədiyyə edilib. 


Mükafatlandırma tədbirində iştirak edən tanınmış dövlət və media təmsilçiləri ilin ən uğurlu abituriyentlərini təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar. "Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov da gənclərə gələcək təhsil və karyeralarında uğur diləyərək bildirib: "Böyük əzm və zəhmət hesabına əldə etdiyiniz bu yüksək göstəricinizlə siz gələcək abituriyentlərə nümunə oldunuz. İnanıram ki, ali təhsil həyatınızda da biliyinizlə tələbə yoldaşlarınıza örnək olacaq və daha da böyük uğurlar qazancaqsınız.”


Xatırladaq ki, "Nar” artıq yeddi ildir ki, ən yüksək bal toplayan abituriyentləri təhsilə daha da motivasiya etmək üçün onları bir araya gətirərək mükafatlandırma mərasimi təşkil edir. Qeyd edək ki, korporativ sosial məsuliyyət yanaşmasının bir hissəsi kimi təhsilə strateji diqqət "Nar”-ın həm fərdlərə, həm də daha geniş ictimaiyyətə müsbət və davamlı təsir yaratma bağlılığını vurğulayır. Mobil operatorun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az/projects səhifəsindən əldə etmək olar.


"Nar” haqqında:
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol