• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”in dəstək verdiyi şagirdlər Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar

“Azercell”in dəstək verdiyi şagirdlər Beynəlxalq İnformatika Olimpiadasında uğur qazandılar
08.09.2023 16:43
28 avqust – 4 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilb. 87 ölkə və 351 iştirakçının yarışdığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıblar. Azercell-in dəstəyi ilə Azərbaycanı təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafatla başa vurublar.

Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sahib Əliyev, Gəncə şəhəri Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova isə həvəsləndirici mükafat qazanıblar. 

Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib. 

Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadası (IOI) müxtəlif ölkələrdən orta məktəb şagirdləri üçün sosial və mədəni proqramlarla müşayiət olunan illik beynəlxalq informatika yarışmasıdır. Bu, məktəblilər arasında əsas beynəlxalq elm olimpiadalarından və dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biridir.

2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 3 qızıl, 14 gümüş və 37 bürünc olmaqla ümumilikdə 54 medal əldə ediblər.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol