• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ildən məktəblərdə "Təbiət-6" dərslik komplektinin kütləvi tətbiqinə başlanılacaq

Bu ildən məktəblərdə "Təbiət-6" dərslik komplektinin kütləvi tətbiqinə başlanılacaq
08.09.2023 19:31
Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün "Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib.

Bu barədə Təhsil İnstitutundan xəbər verilib.

ARTİ-nin təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün "Təbiət” dərslik komplektinin I və II hissəsi 2022/2023-cü tədris ilində ümumi təhsil müəssisələrinin 132 sinfində pilot sınağından keçirilib.

Bu müddətdə dərslik paralel olaraq Elm və Təhsil Nazirliyinin ekspertləri, AMEA-nın uyğun institutlarının mütəxəssisləri, universitetlərin tanınmış alim və metodistləri, ölkənin qabaqcıl müəllimləri və DİM-in ekspertləri tərəfindən təhlil olunmuşdur. İctimai müzakirələrin və pilot siniflərdə keçirilən monitorinqlərin nəticələri müəlliflər tərəfindən tənqidi analiz olunaraq dərslik komplektinin təkmilləşdirilməsi həyata keçirilib. Nəticələr ictimai ekspertlər tərəfindən bəyənildiyindən Elm və Təhsil Nazirliyinin qərarı ilə "Təbiət-6” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiqə qəbul olunub.

Dərslik komplektinə dərslik, iş dəftəri və metodik vəsait daxildir. Dərslik komplekti hazırlanarkən təhsildə qabaqcıl ölkələrin təcrübələri araşdırılaraq, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının tələbləri diqqətə alınıb. Dərslik komplektində tədqiqat əsaslı təlimə önəm verililib.

Dərslik komplektlərinin hazırlanması prosesinə 11 yerli mütəxəssislə yanaşı, sinqapurlu mütəxəssislər də cəlb olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol