• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qırğızıstanda 5 ulduzlu hotel tikəcək

Azərbaycan Qırğızıstanda 5 ulduzlu hotel tikəcək
11.09.2023 13:08
Bu gün Qırğızıstan Joqorku Keneşinin büdcə komitəsinin iclasında İssık-Kul gölünün sahilində beşulduzlu hotelin tikintisinə dair Azərbaycanla saziş layihəsinə baxılacaq.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Qırğızıstan millət vəkili Dastan Bekeşev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində Nazirlər Kabineti ölkənin Qara-Öy kəndində 17 hektar torpaq sahəsinin ayrılmasını nəzərdə tutur ki, bunun da 12 hektarı tikinti, 4 hektarı park, 1 hektarı isə çimərlik üçün ayrılacaq.

"Qırğızıstan Nazirlər Kabineti pansionata gedən infrastrukturun tamamlanması və yolun çəkilməsi, mehmanxananın 10 il müddətinə vergilərdən azad edilməsi, eləcə də torpağın istifadə müddətinin uzadılması hüququ ilə 49 il müddətinə verilməsi, Azərbaycan isə 3 il ərzində hotelin tikintisini və işlərin 70 %-də qırğızıstanlı vətəndaşlarının çalışdırılmasını öhdəsinə götürüb.

Azərbaycanın İssık-Kulda beşulduzlu hotel tikməyi planlaşdırdığını hələ iyun ayında Qırğızıstanın iqtisadiyyat naziri Daniyar Amangeldiyev deyib.Onun sözlərinə görə, bu razılaşma Qırğızıstan və Azərbaycan prezidentləri arasında aparılan danışıqlardan sonra əldə olunub. Nazir hesab edir ki, Qırğızıstanda komfortu sevən turistləri cəlb edəcək kifayət qədər hotel otağı yoxdur.

Azərbaycanla yanaşı, Qırğızıstanda Özbəkistan da hotellər tikməyi planlaşdırır. Bişkek, "Enesai" (Dilorom), "Bosteri" (Qızıl Qumlar), "Rohat" və "Buston" pansionatlarını 49 il müddətinə Özbəkistana vermək niyyətindədir. Bu pansionatların sovet dövründə Özbəkistan SSR-in vəsaiti ilə tikilib və 1992-ci ildəki müqaviləyə əsasən ona məxsus olub. Ancaq, 2016-cı ildə Qırğızıstan hökuməti, o zamankı baş nazir Temirov Sariyevin rəhbərliyi ilə Özbəkistanın dövlət şirkətlərinə məxsus olan bu pansionatları özəlləşdirib. Özbəkistan isə beynəlxalq arbitrajda iddia qaldırıb.

Prezident Sadır Japarovun sözlərinə görə, Qırğızıstan məhkəmədə uduzub və Özbəkistan tərəfinə 40 milyon ABŞ dollarından çox pul ödəmək məcburiyyətində qalıb. Lakin, tərəflər pansionatların 49 illiyə Özbəkistana icarəyə verilməsinə və onları 4-5 ulduzlu hotellər səviyyəsinə yüksəldilməsi ilə bağlı razılaşıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol