• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı artıb

Azərbaycanın Ümumi Daxili Məhsul istehsalı artıb
12.09.2023 13:07
2023-cü ilin yanvar-avqustunda Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilir ki, cari ildə 80 milyard 096,4 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.

ÜDM istehsalının 42,4 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8 %-i tikinti, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 %-i informasiya və rabitə sahələrinin, 17,6 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 895 manata bərabər olub.
 
2023-cü ilin yanvar-avqustunda ölkədə 80096,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çox ümumi daxili məhsul istehsal olub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 faiz artıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7895,0 manata bərabər olub.
 
ÜDM 2023-cü ildə 2,7% artacağı proqnozlaşdırıb. 2021-ci ildə Azərbaycanda ÜDM istehsalı 5,6% artb. 

2021-ci ildə inflyasiya 6,7% təşkil edib. 2022-ci ilin sonuna isə inflyasiya 6,9% həcmində pronozlaşdırılıb. 

Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol