Azərbaycanın Strateji Müdafiə İcmalı hazırdır

Azərbaycanın Strateji Müdafiə İcmalı son rəyin öyrənilməsi üçün Nazirlər Kabinetinə verilib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Sənəddə Azərbaycan Silahlı Qüvvələrinin perspektiv inkişaf istiqamətləri, müdafiə sektorunun mövcud vəziyyəti və həyata keçiriləcək tədbirlər yer alır. Hökumətdə razılaşdırıldıqdan sonra Strateji Müdafiə İcmalı dövlət rəhbərliyi tərəfindən təsdiq olunacaq. Qeyd edək ki, Strateji Müdafiə İcmalının hazırlanmasına 2008-ci ilin ortalarında başlanıb. Sənədin layihəsi ABŞ-ın Avropa Komandanlığının, Türkiyənin və NATO-nun məsləhətçi ekspertlərinin iştirakı ilə hazırlanıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























