• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazir Qərar imzaladı

Baş nazir Qərar imzaladı
15.09.2023 11:36
Fiziki şəxslərin və qurumların dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi və bu aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası təsdiq olunub.

Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Bu Qayda terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində "Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulan fiziki şəxslərin və qurumların (bundan sonra – fiziki şəxslər və qurumlar) dondurulmuş aktivlərdən zəruri və gözlənilməz xərclərə ehtiyacının ödənilməsi qaydasını müəyyən edir.

Fiziki şəxslər və qurumlar tərəfindən dondurulmuş aktivlərdən istifadəyə dair icazə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilir.

Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra 7 iş günü müddətində, beynəlxalq siyahıya daxil edilmiş fiziki şəxslərin və qurumların yazılı müraciətindən sonra bu Qaydada qeyd olunan müddətdə gözlənilməz xərclərə və aşağıdakı zəruri xərclərə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə dondurulmuş aktivlərdən istifadəyə dair qərar qəbul edir:

- Vergi və rüsumlar;

- Sığorta ödənişləri (həyatın yığım sığortası istisna
olmaqla);

- Kommunal xərclər (qaz, su, işıqdan istifadə xərcləri,
mənzil-təsərrüfat xərcləri, telekommunikasiya (telefon rabitəsi, internet) xərcləri);

- Maliyyə xidmətlərindən istifadə ilə əlaqədar xidmət haqları;

- Qida, tibb xidmətləri, dərman xərcləri, icarə və kirayə haqları, ipoteka kreditləri üzrə ödənişlər;

- Peşəkar fəaliyyət ilə əlaqədar üzvlük haqları və hüquqi xidmətlərin göstərilməsi xərclərinin ödənilməsi üçün zəruri olan ödənişlər;

- Dondurulmuş əmlakın saxlanılması üçün ödənişlər.

Fiziki şəxslərin və qurumların yazılı müraciətlərində bu Qaydada qeyd olunan məlumatlar nəzərdə tutulmalıdır.

Dondurulmuş aktivlərdən istifadəyə dair icazə istifadə olunacaq vəsaitin terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsinə yönəldilməsi riski tam aradan qaldırıldıqdan sonra verilir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol