• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada azərbaycanlı iş adamı həbsdən buraxıldı

Ukraynada azərbaycanlı iş adamı həbsdən buraxıldı
06.03.2014 18:01
Ukraynanın Luqansk şəhərində ötən ilin noyabr ayında evinə olan kütləvi silahlı basqından sonra həbs olunan azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədov azadlığa buraxılıb.Ş.Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə tərəfindən barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıb. İstintaq araşdırmalarının yeni faktlar üzə çıxardığını, evinə basqın edən dəstənin üzvlərindən saxlanılanların günahlarını etiraf etdiyini deyən Ş.Məmmədov bildirib ki, gələn həftə istintaq işinin yekunu ilə bağlı məhkəmə təyin olunacaq. Hazırda Luqansk şəhər xəstəxanasında müalicə olunduğunu söyləyən Ş.Məmmədov özünü yaxşı hiss etdiyini vurğulayıb. O, miasteniya xəstəliyindən əziyyət çəkir. Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun özünümüdafiə məqsədilə icazəli silahından açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib, ötən ay isə bu müddətin daha iki ay uzadılması ilə bağlı qərar qəbul edib. Onun evinə basqın edən dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir. İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onlardan birinin milliyyətcə rus, digərinin erməni olduğu bildirilir. O da qeyd olunur ki, hər iki şəxs rus mafiyasının üzvüdür. Xatırladaq ki, Ş.Məmmədov Ukraynada və Türkiyədə iri kərpic zavodlarının sahibidir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol