• $
  • €
  • ₽
  • ₺
  • £

167 saylı məktəbin üçüncü sinif şagirdləri müəllimsiz qalıb - İDDİA/Məktəbdən açıqlama

167 saylı məktəbin üçüncü sinif şagirdləri müəllimsiz qalıb - İDDİA/Məktəbdən açıqlama
18.09.2023 11:59
Yasamal rayonu 167 nömrəli məktəbin "3 V" sinif uşaqarına məktəbdə dərs deməyə müəllim yoxdur. Bu barədə sinif valideynləri sosial hesablarda etirazını bildirib. Həmin məktəbin direktor müavini Rəmziyyə Mövsümova isə valideynlərin etirazını doğru olmadığını deyir. 
 
"Sinifdə dərs deməyə müəllim yoxdur. Direktora şikayətə gedəndə bildirdi ki, müəllimə sertifikasiya imtahanı vermədiyi üçün işdən çıxarılıb. Hələlik başqa müəllim də yoxdur. İndi uşaqlarımız müəllimsiz qalıb və növbəli şəkildə əvəzedici müəllimlər uşaqlara müvəqqəti dərs keçir", - valideynlər deyib. 
 
Etiraz edən valideynlər söyləyir ki, buna görə uşaqları məktəbə qoymaqdan imtina ediblər. 
 
167 saylı məktəblə əlaqə saxladıq. Məktəbin direktor müavini Rəmziyyə mövsümova anews.az-a açıqlamasında vurğuladı ki, hadisə 3 F sinifdə baş verib və müəllim imtahandan kəsilməyib, sadəcə öz ərizəsi ilə işdən çıxıb. 
 
"Həmin sinifin uşaqlarını müvəqqəti olaraq ikinci növbə dərs proqramına keçirmişik. Onlara səhər növbəsində olan ibtidai sinif müəllimlərindən biri dərs keçir. Yaxın zamanda nazirlik tərəfindən həmin sinifə müəllim təyin olunacaq", - direktor müavini deyib. 
 
Bakı Təhsil İdarəsindən bildirib ki, 167 nömrəli tam orta məktəbin 3f sinfinə müəllim təyin olunub.
 
Sentyabrın 4-də Elm və Təhsil Nazirliyinin ibtidai sinif müəllmləri üçün nəzərdə tutulan sertfikasiya imtahanında ikinci dəfə iştirak edib keçid balını toplaya bilməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib. Nazirlik hələlik həmin müəllimlərin yerinə müəllim göndərilməsi ilə bağlı hər hansı açıqlama verməyib. 
 
Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
 
İmtahanda minumum bal 50, maksimum bal isə 60 bal nəzərdə tutulub.
 
Gülnar Nazimqızı 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol