• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan fındığı xarici bazarda bahalaşıb

Azərbaycan fındığı xarici bazarda bahalaşıb
18.09.2023 15:31
Azərbaycan fındığının qiymətinin xarici bazarda bahalaşması qeydə alınıb. Bunu  Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
 
O bildirib ki, buna səbəb dünya fındıq bazarında baş verən proseslərlə əlaqədardır. 

"Dünyada il ərzində 1 milyon 200 min ton qabıqlı fındıq istehsal edilir. Yağıntıların çox olması səbəbindən məhsulun keyfiyyətinin aşağı düşməsi avtomatik olaraq tələb-təklif balansını da pozur. Ona görə də ötən illə müqayisədə bu il dünya bazarında fındığın təxminən 10-15 faiz bahalaşması müşahidə edilir və yaxın zamanlarda qiymətlərdə bir qədər də artım olacağı istisna deyil. Qiymət siyasətinə təsir edən digər amilləri də nəzərə almaq lazımdır. Fındığa rəqib olan quru meyvələrin qiymətində artım yoxdur. Misal üçün, qoz və badamın qiymətlərində kəskin ucuzlaşma müşahidə edilir. Əslində, rəqib məhsulların qiymətləri aşağı olmasaydı, fındığın qiymətində daha çox bahalaşma ola bilərdi. Bu il müəyyən ərazilərdə nisbətən az, bəzi bölgələrdə isə təxminən keçənilki səviyyədə məhsuldarlıq gözlənilir”,- İsmayıl Orucov əlavə edib.
 
2023-cü ilin birinci yarısında Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan 25,395 milyon avro dəyərində 4,773 min ton qabığı təmizlənmiş meşə fındığı  idxal edib
 
Azərbaycan dünyada ən böyük fındıq istehsalçısı və ixracatçılarından biridir.
 
Aytac Zeynalova
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol