• $
  • €
  • ₽
  • ₺
  • £

İlon Mask Ərdoğandan təklif alıb - Azərbaycana gəlişi nəyi dəyişə bilər?

İlon Mask Ərdoğandan təklif alıb - Azərbaycana gəlişi nəyi dəyişə bilər?
18.09.2023 15:42
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "SpaceX" şirkətinin qurucusu və müdiri olan İlon Maskla Amerikada keçirilən görüşündə "Tesla"nın 7-ci fabrikinin Türkiyədə tikilməsini təklif edib. Bu barədə Türkiyə mətbuatı yazıb. 
 
Bildirilib ki, Ərdoğan fabrikin qurulması üçün İlon Maska təkliflərini də göndərib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Xarici işlər naziri Hakan Fidan və Texnologiya naziri Mehmet Fatih Kacır BMT-nin 78-ci qurultayında iştirak etmək üçün Nyu-yorka gedib. 
 
Elon Maskın 2-6 oktyabrda "Azərkosmos”un  "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Azərbaycana gələcəyi bildirilir. 
 
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, İlon Maskın Azərbaycana gəlməsi ölkə üçün çox vacibdir. 
 
"Gəlməsi barədə dəqiq məlumatı aidiyyatıqurumlar bilər. Amma onun Azərbaycana gəlməsi gözlənilir.   Ehtimal olunur ki gəlsin amma gəlməyədə bilər. Elon Mask texnoloji sahədə aparıcı şirkətlərdən birinin rəhbəridir, eyni zamanda şəxs olaraq aparıcı bir şəxsdir. Onun İKT sahəsində böyük töhvələri var və onun ölkəmizə gəlişi bir çox sahədə əhəmiyyətli prespektivlər vəd edir", - ekspert söyləyib. 
 
Avqustun 11-də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev amerikalı sahibkar, "SpaceX” şirkətinin qurucusu İlon Maskla görüşüb. Nazir bildirib ki, "Starlink” peyk internet xidmətinin bu il Azərbaycanda planlaşdırılan fəaliyyəti, ölkəyə məxsus peyklərin orbitə buraxılması, eləcə də bu ilin oktyabrında Bakının ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresi ətrafında fikir mübadiləsi aparılıb. 

İlon Maskın 2023-cü il mayın 9-da rəsmi "Starlink” şirkəti Azərbaycanda açılıb. 
 
İyulda Amerikalı milyarder və sahibkar İlon Mask dünyanın ən varlı adamları siyahısında yenidən birinci yeri tutub. 
 
Çinar Axundzadə 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol