“Azercell Telekom” MMC şəhidlərimizin ailələrinə dəstəyini davam etdirir

Mobil operator şəhid övladları və şəhidlərin həyat yoldaşlarına təhsil üçün təqaüdü 400 AZN məbləğində təyin etdi
Gənc nəslin fərdi və peşəkar inkişafına dəstək məqsədilə 10 ildən artıq müddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan "Tələbə Təqaüdü Proqramı” çərçivəsində bu il də tələbə adını qazanmış şəhid övladları və həyat yoldaşları üçün təqaüd təqdim olunacaq. Ali təhsil ocağına daxil olmuş daha 5 abituriyent təhsil müddətinin sonunadək hər təhsil ayı üçün təqaüd alacaq. Qeyd edək ki, mobil operator təqaüdü 400 AZN məbləğində təyin edib. Tələbələr aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək, şirkətdə təcrübə keçmək şansı əldə edəcəklər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























