Azərbaycan Qarabağ erməniləri üçün humanitar yardım göndərib

Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilər üçün 20 tonluq humanitar yardım göndərib. Bu barədə Apa agentliyi yazıb. Yardım Ağdam-Xankəndi yolu ilə çatdırılacaq.
Bildirilib ki, bu kimi yardımların təşkili növbəti dəfələr də təşkil olunacaq.
Sentyabrın 20-də Qarabağ icmasının erməni nümayəndləri Azərbaycan rəsmi nümayəndə heyəti ilə görüşündə ərzaq yardımın ehtiyac olduğunu açıqlamışdı.
Sentyabrın 18-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın dəhlizi və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirdiyini açıqlayıb.
Sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu yük maşını Ağdam rayonundan keçərək Ağdam-Əskəran yolu ilə Xankəndinə çatdırılıb.
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yük olub.
Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndinə getməsinə maneə törədirdi.
Ağdam-Əsgəran yolu 1988-ci ildən bağlıdır. Bu son 30 ildə bu yolla göndərilən ilk humanitar yük olub.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























