• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb

Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb
22.09.2023 13:36
8-14 sentyabr 2023-cü il tarixlərində Gürcüstan Respublikasının Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ 2023) keçirilib. Fransa, Belçika, Estoniya, Macarıstan və  ümumilikdə 24 Avropa ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadada azərbaycanlı şagirdlər də iştirak edib.

4 nəfər şagirddən ibarət komanda ilə bu mötəbər elm yarışında iştirak edən məktəblilərimizin hər biri nailiyyətlə vətənə dönüb. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəb 9-cu sinif şagirdi Nəsir Bəşirov isə həvəsləndirici mükafata layiq görülüblər.

7-ci dəfə təşkil edilən Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında şagirdlərimiz 2017-ci ildən etibarən iştirak edirlər və ümumilikdə 3 gümüş, 6 bürünc medal qazanıblar.

Xatırladaq ki, məktəblilərin İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlıq prosesi ölkənin aparıcı mobil operatoru "Azercell Telekom”un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində  həyata keçirilir.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol