• $
  • €
  • ₽
  • ₺
  • £

Səfər Əbiyevin daha bir yaxın adamı həbs olundu

Səfər Əbiyevin daha bir yaxın adamı həbs olundu
06.03.2014 14:34
Sabiq müdafiə naziri Səfər Əbiyevin kadrlarının ordudan uzaqlaşdırılması prosesi davam etməkdədir. S. Əbiyevin yaxın ətrafı kimi tanınan və orduda yüksək post tutan rəis və komandirlər arasında artıq həbs olunanlar da var. AzNews.az-a daxil olan məlumata görə, bir neçə gün əvvəl HDQ-nın ərzaq xidmətinin rəisi, polkovnik-leytenant Hafiz Bauşev həbs olunub. Polkovnik-leytenant vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Həbs olunan zabit HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun da yaxın adamı kimi tanınıb. Xatırladaq ki, S. Əbiyevin işdən çıxarılmasından sonra HDQ-nın komandan Şahin Sultanovun bu qoşun birləşməsində mövqeyi zəifləyib.Müdafiə Nazirliyinin yeni rəhbərliyi HDQ-da da ciddi yoxlamalara başlayıb. Belə ki, artıq buna qədər HDQ-da nüfuz sahibi olan arxa cəbhə təminatı xidmətinin rəisi, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu və sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın adamı, “kod 555” adı ilə tanınan ehtiyatda olan miçman Elxan Hacıyev həbs olunub.Hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və dövlət əmlakını mənimsəməkdə ittiham olunur. Qeyd edək ki, Elxan Hacıyevin həbsindən sonra oğlu Rövzat Hacıyev də HDQ-nin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çıxarılaraq, istintaqa cəlb edilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol