AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Argentinada fəaliyyət göstərən, təsdiqdən keçməyən qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
Bu barədə AQTA-dan məlumat verilib.
"Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir.
Bununla əlaqədar, Argentina Respublikasının səlahiyyətli dövlət qurumu olan Milli Qida Təhlükəsizliyi və Keyfiyyəti Xidmətinə bu ölkədə fəaliyyət göstərən qida obyektləri Agentlik tərəfindən təsdiq edilmədiyi halda, 2023-cü il oktyabrın 1-dən heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























