Azərbaycanda 2023-cü ildə nə qədər insan qızılcaya yoluxub?- AÇIQLAMA

2023-cü ildə Azərbaycanda qızılca xəstəliyinə 24 yoluxma faktı aşkarlanıb. Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin immonoprofilaktika bölməsinin müdiri Gülafət Azadəliyeva söyləyib.
O bildirib ki, miqrasiya məsələsi ilə əlaqəli bir məsələdir.
"Xarici ölkədən qayıdan şəxslər bir neçə nəfəri yoluxdura bilir. Çünki bu, hava-damcı yolu ilə keçən yüksək yoluxduruculuq qabiliyyətinə malik xəstəlik növüdür. Həmin şəxslərdən 18-i məhz Bakının payına düşüb. Xəstəliyə yoluxanların yaş qrupuna gəlincə, yoluxanlardan 1 nəfər 0-1 yaş, 18 nəfər 1-18 yaş, 5 nəfər isə 18 yaşdan yuxarı olan şəxslərdir. Ümumilikdə yoluxanların 84 %-i xəstəliyə qarşı vaksinasiya olunmayanlardır".,- o bildirib.
Gülafət Azadəliyevanın sözlərinə görə, son illərdə dövlət tibb müəssisələrində vurulan vaksinlərlə əlaqəli ağırlaşma halı qeydə alınmayıb.
Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir. Bu barədə ÜST-ün Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Belə ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.
Daha əvvəl ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
2019-cü ilin iyulundan başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb.
Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün, 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























