• $
  • €
  • ₽
  • ₺
  • £

Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb

Söyüdlü kənd sakinlərinin tibbi müayinələrinin nəticələri açıqlanıb
28.09.2023 14:54
Söyüdlü kənd sakinləri arasında aparılan müayinələrə görə, orada yaşayanların sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov jurnalistlərə açıqlamasında deyib.

Ərazidə olan insanların onkoloji xəstəliklər üzrə göstəricilərə gəlincə, o, söyləyib ki, Söyüdlü kəndində bu tip xəstəlikdən əziyyət çəkən sakinlər var
 
"Lakin xəstəlik üzrə nisbi rəqəm nəinki Gədəbəydən, eləcə də ölkə üzrə göstəricilərdən aşağıdır. Söyüdlü kəndində ağır metalların sağlam insanlara təsiri barədə heç nə tapılmadı. Bunu da onunla əlaqələndirmək olar ki, əhali istifadə etdiyi bulaqların sularında o dərəcə artıq göstəricilər yoxdur”,-  Nadir Zeynalov əlavə edib.

Dağ-mədən sənayesinin insan sağlamlığına təsiri məsələsinə gəlincə, nazir müavini bildirib ki, bu iki qrupa bölünür.
 
"Bunun zavodda işləyən əməkdaşların sağlamlığına təsiri ola bilər. Çünki onlar daha çox həmin metalların kimyəvi təsirlərinə məruz qalır. İşçilərin vaxtaşırı tibbi müayinəsi təşkil olunur. Onların son dəfə müayinəsi 2019-cu ildə aparılıb. Hesabatda həmin əməkdaşların növbəti müayinəsinin lazım olduğunu qeyd etmişik. Yəni, azı ildə bir dəfə həmin müayinələr təşkil olunmalıdır. Kimyəvi maddələrin ətraf mühitə vurduğu ziyan ikinci qrupa aiddir. Bu da normalardan çox olmayıb”,- müavin bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol