Azərbaycanın qeyri-neft ixracı artıb

2023-cü ilin avqustunda Azərbaycanın qeyri-neft ixracı 203 milyon 543 min dollar təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarda bildirilib.
Cari ilin avqustunda Azərbaycan Rusiyaya 79 milyon 539 min dollar, Türkiyəyə 31 milyon 343 min dollar, Gürcüstana isə 20 milyon 379 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu illin avqustunda 203,6 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bunun da 51,4 milyon ABŞ dollarını (10,3 % artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 milyon ABŞ dollarını isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.
İqtisadiyyat Nazirliyi 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara kimi artmasını proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3% artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.
Statistika komitəsinin məlumatına görə, kimya sənayesi məhsullarının ixracı 11,3 faiz, spirtli və spirtsiz içkilərin ixracı 11,1, şəkər ixracı 2,5, çay ixracı isə 2,3 dəfə artıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib